İspaniya portalı Azərbaycanda turizmin inkişafından yazır

15065826512177133380_1000x669

İspaniyanın www.porconocer.com portalında “Azərbaycan turizm sektorunun inkişafında maraqlıdır” sərlövhəli məqalə dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycanda turizm sektorunun əla inkişaf etməsi bu ölkəyə səfər edənlərin sayının çoxalmasına səbəb olub.

Yazıda qeyd olunur ki, Azərbaycan əsrarəngiz təbiət mənzərələri, unikal landşaftı, qonaqpərvər insanları ilə turistləri cəlb edir. Bu səbəbdən də Qətər, Ukrayna, Rusiya, Hindistan, Hollandiya, Fransa və Çin kimi ölkələrdən Azərbaycana daha çox turist axınının olacağı gözləniləndir.

2017-09-28 / 11:16
Facebook