Bakı-Tbilisi-Qars dəmir yolunda aparılan tikinti və son tamamlama işlərinə baxış keçirilib

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxradze və Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolunda aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə maraqlanıblar.

Hər üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri, habelə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər sentyabrın 27-də qatarla Tbilisidən Axalkələkiyə gediblər. Dövlət və hökumət rəsmiləri Zalqa, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.

Rəsmilər Axalkələkidə səfərin nəticələri barədə mətbuata açıqlama verəcəklər.

2017-09-27 / 12:45
Facebook