• flag
  • İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir

    15063238632134044602_1000x669

    Sentyabrın 25-də İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

    Əvvəlcə tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub.

    Konfrans Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Diyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə Universiteti tərəfindən birgə təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra İstanbulda təşkil olunan konfransda ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, elm və din xadimlərindən ibarət geniş nümayəndə heyəti təmsil edir.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

    Sonra IRCICA baş direktorunun müavini Sadik Ünay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konfrans iştirakçılarına müraciətini çatdırıb.

    Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya və Bolqarıstandan olan görkəmli ilahiyyatçı alimlər və rəsmi şəxslər İslam həmrəyliyi mövzusunda müzakirələr aparırlar.

    2017-09-25 / 12:36
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7001
    EUR 1.9994