“Biz müharibə istəmirik” adlı rəsm müsabiqəsi təşkil olunub

15060823711414261543_1000x669

Naxçıvan şəhərində “Biz müharibə istəmirik” mövzusunda rəsm müsabiqəsi təşkil olunub.

Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri iştirak ediblər.

Kitabxananın direktoru Kamal Axundov, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Səyyad Bayramov çıxışlarında qeyd ediblər ki, insanlar arasında sülh mədəniyyətini təbliğ etmək hər kəsin vicdan borcudur.

Müsabiqə kitabxananın həyətində keçirilib. Məktəblilər mövzunu asfalt üzərində tabaşirlə işləyiblər. Onlar bir-birindən maraqlı əsərlər ərsəyə gətiriblər.

Qaliblər münsiflər heyətinin rəyinə əsasən müəyyən edilib. Birinci, ikinci və üçüncü yerlərə qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərmanlar təqdim olunub.

2017-09-22 / 16:18
Facebook