Sosial mənzillərin tikintisinə dair müəyyən edilmiş işlərin 23 faizinin icrası tamamlanıb

150607836890429961_1000x669

2017-ci ilin ilk 6 ayı ərzində “Azərbaycan Respublikasının uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 23 faizinin icrası tamamlanıb, 65 faizinin icrası ilə bağlı işlərə başlanılıb.

Bütün bunlar yarımillik monitorinq və qiymətləndirmənin nəticələrinə dair məlumatda əksini tapıb.

Sənəddə təməli qoyulan Yasamal Yaşayış Kompleksinin sahəsində görülən işlərdən bəhs edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində inşası nəzərdə tutulan 29 binadan 24-də tikinti işləri gedir. Təməli dekabrın sonlarında qoyulan ilk doqquzmərtəbəli yaşayış binası və məktəbdə beton-konstruksiya işləri artıq tamamlanıb, hörgü başa çatmaq üzrədir, eyni zamanda, binanın içərisində suvaq işləri aparılır. Hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır. Bildirilir ki, 11,6 hektar ərazidə tikilən bu binalar bir, iki və üçotaqlı 1843 mənzildən ibarət olacaq. Mənzillər tam təmirli və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq. Kompleksin ərazisində bir sıra sosial obyektlərin, o cümlədən 240 yerlik uşaq bağçası və 960 şagird üçün orta məktəb binalarının tikintisi də nəzərdə tutulub.

2017-09-22 / 15:07
Facebook