Tibb İnstitutunun əməkdaşları Avropa Klinik Mikrobioloqlar və İnfeksion Xəstəliklər Cəmiyyətinin konqresində iştirak ediblər

15060727083458554655_1000x669

Vyanada Avropa Klinik Mikrobioloqlar və İnfeksion Xəstəliklər Cəmiyyətinin (ECCMİD) XXVII konqresi keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünyanın 126 ölkəsindən 12500-dən çox aparıcı mütəxəssisin iştirakı ilə keçirilən konqresdə ölkəmizi Azərbaycan Tibb Universitetinin mikrobiologiya və immunologiya kafedrasının əməkdaşları təmsil ediblər.

Klinik mikrobiologiya və infeksion xəstəliklərin müasir problemlərinə həsr edilən konqresdə mövzu ilə əlaqədar müxtəlif müzakirələr aparılıb.

ECCMİD-in konqresində Tibb Universitetinin mikrobiologiya və immunologiya kafedrasının dosenti, Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin katibi V. Nərimanov poster məruzəsi ilə çıxış edib.

2017-09-22 / 13:41
Facebook