EANA-nın konfransının iştirakçılarına videoxəbərlər yaradılması sahəsində nailiyyətlər barədə məlumat verilib

15059869414348941169_1000x669

Hazırda Serbiya paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı keçirilir. Konfrans iştirakçıları videoxəbərlər yaradılması və onların təkmilləşdirilməsi sahəsində öz agentliklərinin qazandıqları nailiyyətlər barədə qısa hesabatlarla çıxış ediblər.

Tədbirdə iştirak edən AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidov konfrans iştirakçılarına onların azərbaycanlı həmkarlarının bu sahədə uğurları barədə söhbət açıb, statistik məlumatlar təqdim edib. Jurnalist xatırladıb ki, multimedia məsələləri keçən il Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin 5-ci Konqresində əsas müzakirə mövzularından biri olub.

2017-09-21 / 14:43
Facebook