Bakı Uşaq Teatrı mövsümü Şahdağda açacaq

15058208725772835263_1000x669

Bakı Uşaq Teatrı yeni mövsümü sentyabrın 26-da Qusarda, Şahdağ Turizm Mərkəzində açacaq.

Balaca seyrçilərə türk nağılı əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi “Pəltək cücə” tamaşası nümayiş etdiriləcək. Sonra illüzionist Tofiq İsgəndərlinin iştirakı ilə şou-proqram olacaq.

Tamaşaçıların Şahdağ Turizm Mərkəzinin və Bakı Uşaq Teatrının hazırladığı müxtəlif hədiyyələri, kitab və dərs ləvazimatlarını qazanmaq imkanı da olacaq. Sonda turizm kompleksi üzrə infotur nəzərdə tutulur.

2017-09-19 / 15:44
Facebook