Azərbaycan-Çexiya futbol matçının biletləri satışa çıxarılıb

15058194451838143967_1000x669

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda oynanılacaq Azərbaycan-Çexiya matçının biletləri satışa çıxarılıb.

AFFA-dan bildirilib ki, qarşılaşma oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” alış-veriş mərkəzləri, Üzeyir Hacıbəyov küçəsi 69x, Həsən Əliyev küçəsi 36, Nobel prospekti 23, “AMAY” ticarət mərkəzinin ikinci mərtəbəsindən, Abbas Mirzə Şərifzadə küçəsi 157, Sülh küçəsi 197, Bül-Bül prospekti 35 ünvanından və “iTicket” köşklərindən əldə edə bilərlər.

2017-09-19 / 15:12
Facebook