• flag
  • Heydər Əliyev adına neft emalı zavodunun qurğularında təmir işləri aparılıb

    1505705940238531592_1000x669

    Hеydər Əliyеv аdınа neft emalı zavodunun (NEZ) əsаs tехnоlоji qurğulаrındа - 55 nömrəli katalitik krekinq, 21 nömrəli ilkin еmаl, 43 nömrəli kokslaşdırma və 31 nömrəli katalitik riforminq qurğulаrında qrafikə uyğun olaraq illik təmir işləri aparılıb.

    SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, ilkin еmаl qurğusunun bir çox hissələri təmir edilib və ya yenisi ilə əvəzlənib, 2 ədəd nasos quraşdırılıb. Hazırda qurğu 650 kubmetr/saat məhsuldarlıqla istismar olunur və texniki göstəricilər tələb olunan normalara uyğundur.

    Katalitik krekinq qurğusunda korroziyaya uğrayan hissələr dəyişdirilib. Xüsusi əhəmiyyəti nəzərə alınaraq, 100-cü bölmədən su kondensatın təmizlənməsi bölməsinə qədər yeni kondensat xətti quraşdırılıb, hidrotəmizləmə bölməsində modernləşdirmə işləri aparılıb.

    Katalitik riforminq qurğusunda isə istismara yararsız hissələr təzələnib, qurğunun hidrotəmizləmə bölməsi yoxlanılıb. Bölmə üçün 2,5 ton yeni katalizator əlavə olunub ki, bu da alınan yanacağın keyfiyyət göstəricilərinə müsbət təsir göstərəcək.

    Kokslaşdırma qurğusunda da cari təmir işləri görülüb, xüsusilə buxarın alınması qazanında sferik hissə dəyişdirilib.

    Qeyd edək ki, buxar qazanı reaktorlar bölməsindəki siyirtmələrin gövdəsinə buxarın verilməsini təmin edir.

    2017-09-18 / 09:03
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7001
    EUR 1.9994