Heydər Əliyev Beynəlxalq Aeroportu SOS uşaq kəndləri üçün ekskursiya təşkil edib

1505376679469239754_1000x669

Heydər Əliyev Beynəlxalq Aeroportu uşaqlar üçün ekskursiyalar təşkil etməyə davam edir.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.

Məlumat verilib ki, aeroport bu dəfə SOS uşaq kəndləri üçün ekskursiya təşkil edib. Ekskursiyada uşaqlar üçün aeroportun fəaliyyəti barədə məlumatlar verilib.

Qeyd edək ki, ekskursiyaya yazılmaq üçün [email protected] e-mail ünvanına elektron müraciət göndərmək mümkündür. Birinci şərhdə müraciətin formasının nümunəsi qeyd edilib. Ekskursiyalar şənbə günləri, günün birinci yarısında keçirilir. Müraciətlərə növbə şəklində baxılır.

2017-09-14 / 12:18
Facebook