İspaniya portalı SOCAR və BP arasında yeni razılaşma haqqında yazır

15052185401675355120_1000x669

İspaniyanın energetika məsələləri üzrə ixtisaslaşmış “energia16.com” portalında “Azərbaycana aid yataqlarda BP-nin payı azalacaq” sərlövhəli yazıda bildirilir ki, BP və Azərbaycan dövlət şirkəti olan SOCAR arasında yeni razılaşmaya əsasən Britaniya şirkətinin Xəzər dənizinin Azərbaycana aid hissəsindəki yataqlarda payı azaldılacaq.

Xəzərdəki yataqların işlənməsi ilə bağlı cari müqavilə 2024-cü ildə bitəcək. Hazırda BP və SOCAR arasında 2050-ci ilə qədər müddəti əhatə edəcək yeni müqavilənin imzamalanması ilə bağlı razılıq əldə olunub. “Reuters” informasiya agentliyi öz mənbələrinə istinadən məlumat verir ki, yeni müqavilədə SOCAR, xarici şirkətlərin, o cümlədən BP-nin paylarının azalması hesabına öz payını artıracaq. SOCAR-ın isə öz payını hazırki 11.6 faizdən 20 faizədək artıracağı gözlənilir.

Bütün bu yayılan məlumatlara baxmayaraq BP-Azərbaycan şirkətinin mətbuat katibi bildirib ki, yeni müqavilənin detalları haqqında onda heç bir məlumat yoxdur.

2017-09-12 / 16:17
Facebook