UEFA Gənclər Liqası: “Qarabağ”ın U-19 komandası Londonda ilk oyununa çıxır

15051983775251045498_1000x669

Bu gün futbol üzrə UEFA Çempionlar Liqası ilə paralel Gənclər Liqasına da start veriləcək.

Qrup mərhələsinin ilk turunda 16 görüş keçiriləcək.

Bu matçlar Azərbaycan çempionu “Qarabağ”ın U-19 komandasının debütü ilə əlamətdar olacaq. Tarixdə ilk dəfə Azərbaycan təmsilçisi Gənclər Liqasında mübarizə aparacaq.

Ağdam təmsilçisi İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq. Matç “Çelsi”nin Surreydəki təlim-məşq bazasında oynanılacaq.

Görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq.

2017-09-12 / 11:01
Facebook