Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var

15051348735341634096_1000x669

Sentyabrın 11-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov partiyanın qərargahında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əli Əhmədov Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycanla Vyetnam arasında sıx əlaqələr mövcuddur. Bu səfər ölkələrimiz, xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə təkan verəcək.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Çionq Txi May deyib ki, Vyetnamda Azərbaycanı yaxşı tanıyır və hörmət edirlər. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinin tamam olacağını qeyd edən vyetnamlı qonaq Azərbaycanın hər zaman ölkəsinə dəstək verdiyini xatırladıb. O, əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını vurğulayıb.

Qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılan görüşdə YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.

2017-09-11 / 17:13
Facebook