• flag
  • “Uzbegim” ənənəvi mədəniyyət festivalında Azərbaycan nümayəndələri də iştirak edir

    15048601653789634770_1000x669

    Sentyabrın 8-də Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçirilir. Tədbirdə bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edir.

    Festivalda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov təmsil edir.

    Tədbir çərçivəsində gün ərzində tətbiqi sənət və qostronomik yarmarka, tətbiqi sənət üzrə ustad dərsləri, folklor şou proqramı, kəndirbazların əyləncəli tamaşaları keçirilir, axşam isə “Uzbegim” kitabının təqdimatı olacaq.

    “Ginnesin rekordlar kitabı”na düşmək üçün 4,2 metr diametri olan qazanda plov hazırlanmasına da başlanılıb, bu dünyada ən böyük plov olacaq. Səkkiz tonlu plovun hazırlanmasına Özbəkistanın hər yerindən 50 aşpaz dəvət edilib.

    Təşkilatçıların məlumatına görə, plovun hazırlanmasına 1500 kiloqram qoyun əti, 400 kiloqram yağ, 1900 kiloqram düyü, 270 kiloqram kök, 220 kiloqram soğan, 57 kiloqram duz, 350 litr su, həmçinin müxtəlif ədviyyatlar işlənəcək.

    Plovun Daşkənd vaxtı ilə saat 16.00-da hazır olması nəzərdə tutulur.

    2017-09-08 / 12:43
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0123