Pol-Rikarda “Formula-1” üzrə Fransa Qran-prisinin təqdimatı olub

15047703184612238_1000x669

2018-ci il iyunun 24-də Formula-1 üzrə Fransa qran-prisinin keçirilməsi nəzərdə tutulur. Çərşənbə günü, sentyabrın 6-da Pol-Rikarda bu yürüşün təqdimatı olub. Təşkilatçılar trasın konfiqurasiyasını təqdim edib, biletlərin qiymətlərini elan ediblər. F1News.ru saytına istinadla xəbər verir ki, marşrutun uzunluğu 5,8 kilometrdir. Pilotlar Mistral xəttində sürəti saatda 350 kilometrə çatdıra biləcəklər. Döngələrin çoxunun eni artırılacaq, belə yerlərdə müxtəlif trayektoriyalardan istifadə etməklə rəqibləri ötüb keçmək mümkün olacaq.

Layihənin reallaşdırılması üçün 14 milyon avro vəsait ayrılıb, yürüşün keçirilməsi isə 30 milyon avroya başa gələcək. İki gün davam edəcək yarışlara biletin qiyməti 150 avroya çatır. Təşkilatçılar 65.000 tamaşaçı cəlb etmək niyyətindədirlər.

Qran-prinin təşkili ilə məşğul olan təşəbbüs qrupunun prezidenti Kristian Estrozi deyib: “Biletlərin orta qiyməti digər Avropa mərhələlərində, məsələn Montsada və ya Spada olduğu kimidir. Ümidvarlıq ki, bu yürüşlərə tamaşa etmək üçün gələn azarkeşlər bir neçə gün regionda qalacaqlar. Məhz bu səbəbdən çox yaxşıdır ki, Qran-pri yay mövsümünün qızğın çağında deyil, daha əvvəl – iyunun axırında keçiriləcək”.

Qran-prinin keçirilməsi mehmanxana və restoran sahiblərinin pul qazanmaları üçün əla imkandır – onların gəlirlərinin həcmi 65 milyon avroya çata bilər. Bundan əlavə, regionda turizm və kommersiya sahələrində 500 iş yeri yaradılacaq.

2017-09-07 / 12:43
Facebook