Tərtərdə sahibkarlardan prioritet investisiya layihələri qəbul edilir

15046074392410432208_1000x669

Tərtər rayonunda sahibkarlardan prioritet hesab olunan investisiya layihələri qəbul edilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması nəzərdə tutulur.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

2017-09-05 / 14:39
Facebook