Cüdoçumuz Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazanıb YENİLƏNİB

15040800256330833210_1000x669

Azərbaycan cüdoçusu Hidayət Heydərov ikinci qələbəsini qazanıb. Rumıniyalı Alexandru Raicunu ipponla məğlub edən H.Heydərov növbəti mərhələyə adlayıb.

14:40

Olimpiya mükafatçımız Rüstəm Orucov ikinci görüşündə fransalı Pyer Dupratla güləşib. Rəqibini məğlub edən cüdoçumuz növbəti - dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

13:51

Azərbaycan cüdoçusu Hidayət Heydərov mərakeşli Ahmed əl-Meziatinə qalib gələrək dünya çempionatında 1/16 final mərhələsinə adlayıb.

12:57

Azərbaycan cüdoçusu Rüstəm Orucov ilk görüşünü qələbə ilə başa vurub. Kosovalı Akil Qyakovdan üstün olan cüdoçumuz 1/16 finala yüksəlib.

12:50

Azərbaycan cüdoçusu İçinxorlo Munxtsedev ispaniyalı Xayone Ekuisoayna uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.

11:32

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq.

Mundialın üçüncü günündə kişi və qadın cüdoçularımız hər biri mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Kişi cüdoçuların yarışında ölkəmizi Avropa çempionları Hidayət Heydərov və Rüstəm Orucov təmsil edəcəklər. Qadınlar mübarizəsində isə Səkinə Zayirova və İçinxorlo Munxtsedev tatami üzərinə çıxacaqlar.

Artıq cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, Hidayət Heydərov mərakeşli Ahmed əl-Meziati, Rüstəm Orucov Akil Qyakova (Kosova)-Xavyer Ramires (İspaniya) cütünün qalibi, Səkinə Zayirova Viktoriya Mayorosova (Slovakiya), İçinxorlo Munxtsedev ispaniyalı Xayone Ekuisoayn ilə üz-üzə gələcəklər.

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq.

Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş medal qazanıb.

2017-08-30 / 15:06
Facebook