Binəqədi gəncləri IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiyaya gediblər

150390941259993486_1000x669

Binəqədi rayonunda gənclərin IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiyası təşkil edilib.

Bu barədə rayon icra hakimiyyətindən məlumat veriblər.

Mərkəzin direktoru Surxay Şükürov ekskursiya iştirakçılarına bildirib ki, 5 hektar sahəni əhatə edən IDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) rəsmi olaraq martın 1-dən fəaliyyətə başlayıb. IDEA Heyvanlara Qayğı Mərkəzi 2014-cü ilin oktyabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb. Layihənin həyata keçirilməsində məqsəd heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və sahibsiz heyvanlara münasibətin dəyişdirilməsindən ibarətdir.

Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan var.

Ekskursiya zamanı gənclər mərkəzlə yaxından tanış olaraq sahibsiz heyvanlara qayğı göstəriblər.

Sonra onlar Binəqədi Rayon İcra Hakimiyyətinin adından IDEA Heyvanlara Qayğı Mərkəzinə öz hədiyyələrini təqdim ediblər.

2017-08-28 / 13:49
Facebook