Azərbaycan Budo Döyüş Növləri Federasiyasının Hindistanda seminarı keçirilib

15039063783226513412_1000x669

Hindistan Budo Döyüş Növləri Federasiyasının prezidenti Şahbir Xanın dəvəti ilə Azərbaycan Budo Döyüş Növləri Federasiyasının nümayəndə heyəti Mumbai şəhərində seminar keçib.

Bununla əlaqədar Dünya Budo Döyüş Növləri Federasiyasının qurucusu və vitse-prezidenti, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti, 10-cu Dan qara kəmər sahibi, döyüş növləri üzrə fəlsəfə doktoru Faiq Rəfiyevin rəhbərliyi ilə təşkilatın idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyəti Hindistanda səfərdə olub. Səfər çərçivəsində yeni yaranmış Hindistan Budo Döyüş Növləri Federasiyasının fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.

F.Rəfiyev tərəfindən keçilən seminarda 300-dən çox hindistanlı budoçu iştirak edib. Seminarda iştirakçılara idmanın bu növü üzrə fəndlər, döyüş qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin 22 idmançıya 1-ci Dan qara kəmər sahibi, bir budoçuya isə 5-ci Dan qara kəmər ustası adı verilib.

Tədbirdə Azərbaycan Budo Döyüş Növləri Federasiyasının baş katibi Mais Fərəcov və üçqat dünya və Avropa çempionu İbrahim Məmmədov beynəlxalq dərəcəli idman ustası adına layiq görülüblər.

2017-08-28 / 12:49
Facebook