AMEA-nın Yüksək Texnologiyalar Parkında xarici mütəxəssislərin seminarı təşkil olunacaq

1503657912672830729_1000x669

Avqustun 28-dən 31-dək Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının TAİEX - Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsinin mütəxəssisləri tərəfindən AMEA-nın Yüksək Texnologiyalar Parkında təlim-seminar təşkil olunacaq.

AMEA-dan bildirilib ki, Sloveniyanın Lyublyana Texnoparkının mütəxəssisləri tərəfindən keçiriləcək seminar “İnnovasiyalar və texnologiyaların idarə olunması” mövzusuna həsr olunacaq.

2017-08-25 / 15:59
Facebook