Bakı Beynəlxalq Caz Festivalının məşhur iştirakçıları...

1503566641500277311_1000x669

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 24-də təqdim ediləcək konsert proqramları da cazsevərlərə xoş anlar yaşadacaq.

Rotunda klubunda pianoçu və bəstəkar Artur Dutkeviç triosu (Polşa), daha sonra saksofonçu, müğənni və bəstəkar Bendik Hofset kvarteti (Norveç) konsert proqramı ilə çıxış edəcək. Bendik Hofset tərəfindən, həmçinin seminar keçiriləcək. “Cine Club”da isə “Yay günündə caz” (ABŞ) filmi nümayiş etdiriləcək.

Bu il oktyabrın 20-dən 28-dək keçiriləcək Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The landmark hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq.

2017-08-24 / 15:19
Facebook