Rövnəq Abdullayev: “Qarabağ”ın uğuru Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir

15035535484806343575_1000x669

“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir.

Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşərkən deyib.

“Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığı sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” futbol klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a UEFA Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”, - deyə AFFA prezidenti bildirib.

2017-08-24 / 10:46
Facebook