“Formula-1” yarışlarının sahibləri virtual çempionatın keçirilməsi barədə elan veriblər

1503389211182660428_1000x669

Nüfuzlu “Formula-1” yarışlarının yeni sahibləri “Formula-1 Esports Series” adlı yeni turnirin başlanması barədə elan veriblər. Yarışın məqsədi planetin ən yaxşı virtual yürüşçüsünü müəyyən etməkdir.

Çempionat iştirakçıları sentyabrın 4-dən yeni “Codemasters F1 2017” oyununda xal toplamalıdırlar. Avqustun 25-dən satışa çıxarılacaq bu oyun “Xbox Live”, “PlayStation Network” və ya “Steam” servislərinin oyun akkauntuna qoşulacaq.

Oktyabrın 10-da Londonda qırx ən yaxşı yürüşçünün keçirəcəyi yarımfinalda 20 finalçı müəyyənləşəcək. Final isə Abu-Dabidə “Formula-1” mövsümünün son mərhələsi zamanı keçiriləcək. İki gün ərzində “Formula-1 Esports Series” turnirinin ilk mövsümünün qalibi müəyyən ediləcək.

2017-08-22 / 15:10
Facebook