Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçularla görüş keçirilib

15033822075899846873_1000x669

Xəbər verildiyi kimi, avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan milli komandası bu mötəbər yarışda 17 nəfərlik (9 kişi, 8 qadın) geniş heyətlə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasında (ACF) dünya çempionatında ölkəmizin idman şərəfini qoruyacaq cüdoçular və məşqçilərlə görüş keçirilib. Görüşdə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandalarımızın məşqçiləri mötəbər çempiotanla bağlı keçirilmiş təlim-məşq toplanışları, eləcə də ümumi hazırlıqla bağlı məlumat veriblər.

Cüdoçularımız yaradılan şəraitə görə, ACF-nin prezidenti Rövnəq Abdullayevə təşəkkürlərini bildirərək, göstərilən bu etimadı dünya çempionatında da doğruldacaqlarına inandıqlarını qeyd ediblər.

ACF-nin vitse-prezidenti Sadıq Sadıqov milli komandamızın üzvlərinə beynəlxalq yarışlarda göstərdikləri əzmkarlığa görə öz minnətdarlığını bildirib və bu uğurların davamı üçün federasiya tərəfindən daim qayğı göstəriləcəyini idmançıların diqqətinə çatdırıb.

2017-08-22 / 11:10
Facebook