• flag
  • Gürcüstanda “Müasir Azərbaycan nəsri antologiyası” çap olunub

    15000268033647535566_1000x669

    Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.

    Tərcümə Mərkəzindən bildirilib ki, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.

    Gürcüstanın “İntellekti” nəşriyyatında çap edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, “Ön söz”ün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır.

    Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tbilisidə keçiriləcəyi gözlənilir.

    2017-07-14 / 15:21
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0070