• flag
  • Anar Ələkbərov: Harada baş verməsindən asılı olmayaraq, terrorizm bəşəriyyətə qarşı cinayətdir

    15000140183842653313_1000x669

    Harada baş verməsindən asılı olmayaraq, terrorizm bütövlükdə bəşəriyyətə qarşı bir cinayətdir.

    Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı mərasimində deyib.

    A.Ələkbərov ötən il iyulun 14-də Fransanın Nitsa şəhərində çoxlu sayda insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktının törədilməsindən söz açaraq, Azərbaycanın öz yaşadıqlarından terrorizmin, günahsız insanların həlak olmasının ağrı və acılarını yaxşı anladığını qeyd edib. “Ermənistan ordusu Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq təxribatlar törədir. On gün əvvəl Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində ikiyaşlı körpə Zəhra Quliyeva öldürüldü”, - deyə A.Ələkbərov bildirib.

    Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısıdır və irqi, milli, dini ayrı-seçkiliyə qarşı prinsipial mövqe tutur. “Dövlətimiz dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir. Biz inanırıq ki, bütün xalqlar qüvvələrini səfərbər edərək təhlükəsizliyə, demokratik dəyərlərə, vətəndaş hüquq və azadlıqlarına hədə olan, günahsız insanları hədəfə götürən terrorizmin qarşısını almağa müvəffəq olacaqlar”, - deyə A.Ələkbərov qeyd edib.

    2017-07-14 / 12:40
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0070