Ombudsman Aparatının əməkdaşları Almaniyada səfərdədir

1499939627556252148_1000x669

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı və bir qrup əməkdaşı Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Almaniyada təcrübə mübadiləsi keçirlər.

Ombudsman aparatından bildiriblər ki, təcrübə səfərinin ilk günündə məlumatın mühafizəsi və informasiya azadlığı üzrə Almaniya Federal Ombudsman Ofisində və Daxili İşlər Nazirliyində görüşlər keçirilib.

Keçirilən görüşlərdə hər iki ölkənin müvafiq təsisatlarının informasiya azadlığının təmini sahəsində görülən işlər, həyata keçirdiyi fəaliyyət, müsbət iş təcrübəsi və imkanlar barədə məlumatlar müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.

Görüşlərdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünlərə çevrilərək beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının kobud surətdə pozulması, o cümlədən erməni silahlı birləşmələri tərəfindən iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində mülki əhalinin atəşə tutulması nəticəsində baş verən faciə, iki yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi barədə ətraflı məlumat verilib, Azərbaycan Ombudsmanının bu hadisə ilə bağlı qəbul etdiyi bəyanat rəsmi şəxslərə təqdim edilib.

2017-07-13 / 15:00
Facebook