Kişinyovdan Odessaya müasir sərnişin qatarı ilə cəmi 3 saat 30 dəqiqəyə çatmaq mümkün olacaq

149993606354915601_1000x669

2018-ci ilin yazında Kişinyov-Odessa istiqamətində 260 nəfərlik yeni müasir sərnişin qatarının xəttə buraxılması gözlənilir.

Bu barədə Odessa Vilayətinin şəhər administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Layihənin maliyyə tərəflərinin razılaşdırılması üçün hər iki ölkənin müvafiq qurumları arasında saziş imzalanacaq. Yeni qatarda kondisioner, videomüşahidə və wi-fi quraşdırılacaq. Qatarın 4 saat 15 dəqiqəyə çatması nəzərdə tutulur. Ancaq perspektivdə gömrük yoxlamalarının vaxtının azaldılması hesabına qatarın 3 saat 30 dəqiqəyə çatması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Odessa-Kişinyov xəttində 120 nəfərlik köhnə sərnişin qatarı hərəkət edir.

 

2017-07-13 / 12:45
Facebook