BERNAMA agentliyi: Ermənistanın hərbi təxribatı beynəlxalq humanitar hüququ pozur

14999354371688823225_1000x669

Malayziyanın nüfuzlu BERNAMA agentliyində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi ilə bağlı məqalə yerləşdirilib.

“Ermənistanın hərbi təxribatı beynəlxalq humanitar hüququ pozur” adlı məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin bəyanatları öz əksini tapıb.

Yazıda iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təmas nöqtəsindəki son təxibatlarından danışılır. Qeyd edilir ki, Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində ailələr 23 ildir evlərinin 3 kilometrliyində yerləşmiş Ermənistan mövqelərindən açılan artilleriya atəşlərinin altında yaşayırlar.

Məqalədə, həmçinin bildirilir ki, Ermənistan tərəfi Alxanlı kəndinin atəşə tutulması faktını təsdiqləyib. Azərbaycan Müdafiə Nazirliyinə istinadən, məqalədə Alxanlı kəndində hər hansı atəş məntəqəsinin olmadığı bildirilir.

Yazıda Alxanlı kəndi haqqında ətraflı məlumat verilərək bildirilir ki, bu kənd Ermənistan qoşunları tərəfindən 1993-cü ilin avqustunda işğal olunub, qısa müddət sonra 1994-cü ilin yanvarında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Hazırda Alxanlı kəndi təmas nöqtəsindən 3 kilometr məsafədə yerləşir. Son 25 ildə qarşı tərəfin mövqeləri dəyişməyib və bu kəndin əhalisi münaqişənin nəticələrindən əziyyət çəkməkdə davam edir.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının öz ata-baba yurdlarında qaçqın və məcburi kökünə çevrilməsi barədə malayziyalı oxuculara ətraflı məlumat da verilir.

2017-07-13 / 10:55
Facebook