Qarabağda hərbi maşının qəzaya uğraması nəticəsində xeyli sayda erməni hərbçisi xəsarət alıb

14998583071747245482_1000x669

İyulun 11-də axşam saatlarında Dağlıq Qarabağda növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb.

Yol-nəqliyyat hadisəsində Cəbrayıl rayonu yaxınlığındakı hərbi poliqondan qayıdan 15-dək hərbi qulluqçu xəsarət alıb.

Bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb.

V.Qriqoryan keçmiş xidmət yoldaşı, hazırda Sisyan şəhərində yaşayan Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən Martunidə yerləşən hərbi hissədən olan gənc əsgərlər xəsarət alıblar.

Onun sözlərinə görə, hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç əsgərin vəziyyəti ağır qiymətləndirilir.

2017-07-12 / 16:40
Facebook