Bakıda görkəmli rus bəstəkarı Sergey Raxmaninovun əsərləri səsləndirilib

14994978176542457608_1000x669

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun xatirəsinə həsr edilmiş musiqili gecə keçirilib.

Əməkdar İncəsənət Xadimi Elşad Bağırov və Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə baş tutacaq konserti Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Gecədə Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış ediblər.

Konsertdə bəstəkarın fortepiano və orkestr üçün nota aldığı iki nömrəli süitası və iki nömrəli konserti səsləndirilib.

2017-07-08 / 12:13
Facebook