İyulun 14-də II və III ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərin nəzərinə!

14994933655930836053_1000x669

İyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Belə ki, imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər “imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “imtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq qeydə alındıqda abituriyent imtahana buraxılmayacaq.

2017-07-08 / 11:20
Facebook