Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlimlər təşkil ediləcək

14994236103661712750_1000x669

İyulun 13-dən 20-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlimlər keçiriləcək.

TİPİİ-dən bildiriblər ki, bu qurumun və Təhsildə İnnovativ Texnologiyalar (İTE) Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək təlimlər ibtidai sinif və məktəbəqədər müəssisələrdə çalışan müəllim və tərbiyəçilər üçün də nəzərdə tutulub. Regiondakı orta təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlərin də iştirak edə biləcəkləri təlim nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşması istiqamətində aparılacaq.

Təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikatlar veriləcək.

2017-07-07 / 15:32
Facebook