Gürcüstanın ali məktəblərində təhsil alan tələbələr Tbilisidəki Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər

14994199755939653649_1000x669

Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan bir qrup tələbə və fəal Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində törətdikləri təxribatlara, xüsusən də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc insanların - qadın və uşağın öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.

Azərbaycanlı tələbə-gənclər metronun Marcanaşvili stansiyasının qarşısından Ermənistanın Tbilisidəki səfirliyinə qədər yürüş ediblər. Əllərində Azərbaycanın, Gürcüstanın və Türkiyənin bayraqlarını, iki yaşlı Zəhranın şəkilini və digər plakatlar tutmuş gənclər "Qafqazda sülh olsun", "Ermənistan işğalçılıq siyasətinə son qoy", "Azərbaycanın və Gürcüstanın torpaqları azad edilsin", "Reginda sülh, dünyada sülh" şüarları səsləndiriblər.

Gürcüstan polisi tələbələri səfirliyin binasına tam yaxınlaşmasına imkan verməyib. Azərbaycanlı tələbələrin hazırladıqları etiraz bəyanatı Ermənistan səfirliyinə təqdim olunub.

Aksiyanın təşkilatçılarından olan tələbə Leyla Əmrahova jurnalistlərə açıqlamasında deyib ki, ermənilərin son günlər cəbhə xəttində törətdikləri təxribatlar nəticəsində dinc insanların, xüsusən də qadın və körpə uşaqların ölümü bizə çox pis təsir edib. Biz bu aksiyası keçirməkdə məqsəd dünya ictimaiyyətinin diqqətini bir daha bu məsələyə cəlb etmək, təcavüzkar Ermənistan rəhbərliyini qınaq obyektinə çevirmək və onları cinayət əməllərindən çəkindirməkdir.

"Düşünürük ki, biz öz etiraz səsimizi ucaltmaqla dünya ictimaiyyətinin diqqətini cəlb edəcək və istəyimizə nail olacağıq", - deyə L.Əmrahova vurğulayıb.

Gürcü ictimaiyyətinin nümayəndəsi, müəllimə Lali Natidze isə bildirib ki, gürcü ictimaiyyəti də bu cür vəhşiliklərə biganə qala bilmir. O deyib: “Biz gürcülər də bu aksiyaya qoşularaq azərbaycanliların haqq səsini müdafiə edirik. Qafqazda sülh hamımız üçün vacibdir".

 

2017-07-07 / 14:38
Facebook