Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı etiraz aksiyası keçiriləcək

14994191816107450168_1000x669

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sabah 16:00-dan 18:00-dək Hannover şəhərində erməni terroruna qarşı etiraz aksiyası keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, cəmiyyət Hannoverdə, eləcə də yaxın şəhərlərdə yaşayan soydaşlarımızdan Azərbaycanın haqq səsini dünyaya duyurmaq üçün aksiyaya qoşulmağa və fəallıq nümayiş etdirməyə çağırıb: “Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi vəhşilik, insanlığa sığmayan faciə hamımızı çox təsirləndirdi, ürəyimizdə silinməz yaralar buraxdı. Bütün dünya üzrə fəaliyyət göstərən çoxsaylı Azərbaycan diaspor təşkilatları kimi AFR-in Aşağı Saksoniya vilayətindəki Azərbaycan diasporu da baş verən son hadisələrlə bağlı etiraz aksiyası keçirməyə qərar verib. Xahiş edirik hamımız bir nəfər kimi bu aksiyada iştirak edək, öz etiraz səsimizi ucaldaq və alman ictimaiyyətinə çatdıraq.

Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılacaq.

2017-07-07 / 14:28
Facebook