Bu günədək taxıl zəmilərindən 1 milyon tona yaxın buğda yığılıb

149940951857969866_1000x669

Bu günədək sahələrdən 946315,5 ton buğda, 680910,1 ton arpa yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, respublika üzrə ümumilikdə biçiləcək 954736 hektar taxıl sahəsinin 626281 hektarını buğda, 328455 hektarını arpa sahələri təşkil edir.

İyulun 6-na Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri tərəfindən taxıl biçini barədə verilmiş operativ məlumata əsasən, artıq bu sahələrin 600055.1 hektarı (62,9 faiz) biçilib. Bunun da 326846.1 hektarı (52,2 faizi) buğda, 273209.0 hektarı (83,2 faizi) arpa sahələridir.

Ümumilikdə, 1627225.6 ton məhsul əldə olunub. Bu məhsulun 946315,5 tonu buğda, 680910,1 tonu isə arpadır. Hər hektardan ümumilikdə məhsuldarlıq 27,1 sentner, buğda üzrə 29,0 sentner, arpa üzrə isə 24,9 sentner təşkil edir.

2017-07-07 / 12:17
Facebook