Cənubi Koreya Prezidenti KXDR lideri ilə görüşməyə hazırdır

149934340613758473_1000x669

Koreya Respublikasının Prezidenti Mun Çe-in KXDR lideri Kim Çen Inla görüşməyə hazır olduğunu bəyan edib.

Prezident görüşün lazımi şərtlərlə istənilən zaman və istənilən yerdə baş tuta biləcəyini deyib.

“Koreya yarımadasında hazırkı gərgin və münaqişəli vəziyyəti dəyişmək üçün şans və lazımi şərtlər yaranarsa, mən Şimali Koreya lideri Kim Çen Inla istənilən zaman və istənilən yerdə görüşməyə hazıram”, - deyə Berlində səfərdə olan Cənubi Koreya Prezidenti bildirib.

Pxenyanı dialoqa qayıtmağa çağıran Mun Çe-in, həmçinin bunun üçün hazırda ola bilsin ki, sonuncu və daha əlverişli vaxtın yetişdiyini də qeyd edib.

2017-07-06 / 17:28
Facebook