Fransalı senator Ermənistana sanksiya tətbiq edilməsi ilə bağlı çağırış edib

 

Azərbaycan BMT Təhlükəsizlik Şurasının mövcud vəziyyətii müzakirə etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə təcili iclasa çağırmalıdır. Fransalı senator Nataliya Qulet BMT Təhlükəsizlik Şurasının ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili iclas keçirilməsinin vacibliyini vurğulayıb. Qulet çıxışında Dağlıq Qarabağ münaqişəsinin dondurulmadığını vurğulayıb.

“Bu səbəblə artıq Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Bununla yanaşı, Azərbaycan BMT Təhlükəsizlik Şurasının mövcud vəziyyətii müzakirə etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə təcili iclasa çağırmalıdır”, - senator bildirib. 
Ermənistan ordusunun hücumu nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən fransalı siyasətçi problemin həlli üçün lazım olan bütün səyi göstərəcəyini deyib. 
Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ problemini həll etmək üçün cəsarət və iradəyə sahib olmamağının bir daha azərbaycanlı mülki şəxslərin qanının axmağına səbəb olduğunu qeyd edən Qulet münaqişənin uzun illərdir həll edilməməsi səbəbi ilə qəzəbli oloduğunu dilə gətirərək “Bir ölkənin torpaqlarının 20 faizinin qeyri-qanuni işğalına daha nə qədər dözmək olar? Daha nə qədər insan öləcək?”, - deyə ifadə edib. 

2017-07-06 / 11:45
Facebook