Prezident Aleksandr Lukaşenko cəbhə xəttində azərbaycanlı mülki şəxslərinin öldürülməsindən təəssüfləndiyini bildirib

14993212831344745009_1000x669

Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 4-də Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində azyaşlı da daxil olmaqla 2 dinc sakinin ölümü və 1 nəfərin yaralanması ilə bağlı təəssüfünü bildirib.

Bu barədə açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, Belarus Prezidenti ilə ATƏT PA-nın 26-cı illik sessiyasının rəsmi açılış mərasimindəki ayaqüstü qısa görüş zamanı ilk sözü təmas xəttində baş verən insident barədə olub. Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini vurğulayan Prezident baş verən hadisədən məlumatlı olduğunu bildirərək təəssüfünü ifadə edib.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva (Quliyeva) Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

2017-07-06 / 11:14
Facebook