Salehi Əmiri: İran Azərbaycan ilə əlaqələrə heç bir məhdudiyyət qoymur

1499243142791262371_1000x669

Mən bir hökumət üzvü kimi bəyan edirəm ki, İran Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə heç bir məhdudiyyət qoymur.

Bu sözləri müsahibəsində İranın mədəniyyət və islam irşad naziri Salehi Əmiri deyib.

Nazir bildirib ki, Azərbaycan İranın ən yaxın qonşusu, dostu və qardaşıdır. Xalqlarımızın bənzər mədəniyyətə, milli mənəvi dəyərlərə və adət-ənənələrə malik olması dövlətlərdən də yaxınlaşmağı, dostluğu tələb edir. İran prezidenti Həsən Ruhani daim xalqın maraqlarını qoruyaraq Azərbaycan ilə yüksək səviyyədə əməkdaşlıq siyasəti yürüdür.

Salehi Əmiri vurğulayıb ki, İran ilə Azərbaycan arasında sərhədlər yalnız dövlətlər arasında mövcuddur, xalqlarımız arasında isə heç bir sərhəd yoxdur.

Nazirin sözlərinə görə, Azərbaycan dili İranda çox işlədilir və öz şirinliyi ilə seçilir.

 

2017-07-05 / 13:51
Facebook