ABŞ senatı “Kasperski” antivirusundan istifadənin qadağan olunmasını tələb edib

14987181223876251980_1000x669

ABŞ senatı Rusiyaya məxsus antivirusdan hərbi məqsədlər üçün istifadənin qadağan olunmasını tələb edib.

Silahlı qüvvələr üzrə komitənin məlumatına görə, “Kasperski Laboratoriyası” kompaniyasının proqram təminatı Rusiya hökumətinə Amerikanın hərbi qurumunun işinə müdaxilə etməyə imkan verir.

Qeyd edək ki, bu tələb Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən “Kasperski Laboratoriyası” kompaniyasının ABŞ-da yaşayan 10 əməkdaşının evlərinə baxış keçirildikdən sonra irəli sürülüb. Agentlər kompaniyanın Rusiyaya hansı informasiyaları ötürdüyünü araşdırır.

2017-06-29 / 12:18
Facebook