Bakıda “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda seminar keçirilir

1498715780243993839_1000x669

İyunun 29-da Bakıda Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə keçirilən “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar işə başlayıb.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov seminarın Azerbaycanda kecirilməsini yuksək dəyərləndirib, davamlı inkişafin təmin olunmasında elm və təhsilin rolunu xususi qeyd edib. Bildirib ki, olkəmizdə bilik iqtisadiyyatının formalaşdırılması dovlət siyasətinin əsas tərkib hissəsidir. Hazırda Təhsil Nazirliyi tərəfindən əqli mulkiyyet huquqlarının qorunması istiqamətində bir sira işlər həyata kecirilir. Ölkəmizdə universitet və elmi tədqiqat institutları innovativ olmağa çalışırlar.

Nazir qeyd edib ki, universitet və elmi tədqiqat institutlarının fəaliyyətinin kommersiyalaşdırılması da əhəmiyyət kəsb edir. Universitetlərin fəaliyyətinin beynəlmiləşdirilməsi mühüm amildir. Hər bir təhsil müəssisəsinin düzgün qurulmuş əqli mülkiyyət siyasəti olmalıdır.

Tədbirdə MHA-nın sədri Kamran İmanovun “Biliklər + texnologiyalar +investisiyalar və əqqli mülkiyət = universitetlərin və sənayenin insan kapitalının ekosisteminə (DƏMT-in universitet və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasəti modelinin uyğulaşdırılma təcrübəsindən” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra DƏMT-in təmsilçiləri, bir sıra ölkələrin nümayəndələri, əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər mövzuya dair məruzələrlə çıxış ediblər.

2017-06-29 / 10:57
Facebook