Fövqəladə hallar naziri Cəlilabadda vətəndaşları qəbul edib

149795249752548407_1000x669

İyunun 20-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabad şəhərində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, qəbul zamanı 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 101, digər məsələlərlə bağlı müraciət etmiş 109 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

2017-06-20 / 15:10
Facebook