Azərbaycan qrossmeysteri Türkiyədə beynəlxalq turnirin gümüş medalını qazanıb

14978674172838723362_1000x669

Azərbaycan şahmatçısı Vüqar Rəsulov Türkiyənin Çeşmə şəhərində keçirilən beynəlxalq turnirin gümüş medalını qazanıb.

10 ölkədən 128 şahmatçının (onlardan 14-ü beynəlxalq qrossmeyster) iştirak etdiyi “A” qrupun yarışında təmsilçimiz 9 oyundan 7 xal toplayıb.

İsveçrə sistemi ilə keçirilən ənənəvi turnirin qalibi eyni xal toplayan ukraynalı Andrey Sumec olub. Əlavə göstəricilərə görə Vüqar Rəsulov ikinci yerə layiq görülüb. Bu uğuru nəticəsində Azərbaycan qrossmeysteri beynəlxalq əmsalını 9 vahid artırıb, təşkilatçılar tərəfindən kubok və pul mükafatına layiq görülüb.

2017-06-19 / 15:16
Facebook