BDU-nun tələbələri dövlət qulluğuna qəbul qaydaları barədə məlumatlandırılıblar

14978625495823235417_1000x669

Bakı Dövlət Universitetində (BDU) “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışıb.

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, qurumun əsas fəaliyyətlərindən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.

DİM-in hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərovun “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatı olub. V.Əsgərov Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğunu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı DİM-in funksiyaları barədə məlumat verib.

Sonra suallar cavablandırılıb.

2017-06-19 / 14:00
Facebook