Gənclər Fondunun təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

1497858696380487961_1000x669

İyunun 19-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və gənclər təşkilatlarının rəhbərləri çıxış ediblər.

Çıxışlarda müasir müstəqil Azərbaycan dövlətinin qorunmasında və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunub.

2017-06-19 / 12:51
Facebook