Səhiyyə naziri Qusarda vətəndaşları qəbul edib

14969985112638410996_1000x669

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.

Növbəti belə qəbul iyunun 9-da Qusar Mərkəzi Rayon Xəstəxanasında keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 21 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

2017-06-09 / 13:58
Facebook