“Yuğ” Teatrının yeni tamaşası maraqla qarşılanıb

1496640845778346499_1000x669

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşa –“Metamorfoza” adlı səhnə əsərini təqdim edib. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.

Teatrdan bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunan tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış ediblər. Premyerası A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində reallaşan səhnə əsərinin xronometrajı 75 dəqiqədir. Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdən qurtulmaq üçün özlərindən uzaqlaşırlar.

Səhnə əsərinin məramı belədir: Sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.

2017-06-05 / 10:52
Facebook