Əliağa Vahidin xatirəsinə həsr olunan “Füzuli yadigarı” adlı ədəbi bədii gecə keçiriləcək


14963734272391444847_1000x669

İyunun 28-də Heydər Əliyev Sarayında şair Əliağa Vahidin xatirəsinə həsr olunan “Füzuli yadigarı” adlı ədəbi bədii gecə keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, gecədə Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Əməkdar artistlər Elnarə Abdullayeva, Teyyub Aslanov, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Məmməd Nəcəfov və Vəfa Vəzirova iştirak edəcəklər.

Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.

Qeyd edək ki, biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

2017-06-02 / 09:33
Facebook